Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini Nemət Məmmədov tutulub
04.06.2017Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 9-da Bakı şəhər sakini Şirzad Həsənovun "VAZ-2106" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Nemət Məmmədov tutulub. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində daha 2 avtomobildən akkumulyator və maqnitofon oğurlaması da müəyyən edilib.