Nardaran qəsəbə sakini Natiq Şahbazova məxsus yardımçı təsərrüfata baxış zamanı tüfəng, səs boğucu və 8 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb
08.05.2017Daxil olan əməliyyat məlumatı əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Şahbazova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı tüfəng, səs boğucu və 8 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.