Oğurluq etməkdə şübhəli bilinən Tovuz rayon sakinləri Tural İsgəndərov və Tacıəddin Cəfərov tutulublar
08.05.2017Aprelin 26-dan mayın 8-dək olan müddətdə Tovuz şəhəri ərazisində yerləşən "Tovuz Təcrübə Sənaye" ASC-nin sexindən 3000 manat dəyərində elektrik naqili oğurlanıb.
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərilə nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş Tural İsgəndərov və Tacıəddin Cəfərov tutulublar.