Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Bakı şəhər sakini İlham Bayramov yerləşdirildiyi xəstəxanada ölüb
08.05.2017Mayın 4-də saat 14 radələrində Nərimanov rayonu ərazisində Ağsu rayon sakini Fuad Allahverdiyev idarə etdiyi "Zontes ZT" markalı motoskiletlə yolu keçən Bakı şəhər sakini İlham Bayramovu vurub. Xəstəxanaya yerləşdirilən İ.Bayramov mayın 8-də orada ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.