Quldurluqda şübhəli bilinən Daşkəsən rayonunun Dəstəfur kənd sakini Rahib Əsədov və Gəncə şəhər sakini Arzu İslamzadə tutulublar
10.04.2017Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də rayon sakini olan bir qadının qızıl üzüyünü və 53 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Dəstəfur kənd sakini Rahib Əsədov və Gəncə şəhər sakini Arzu İslamzadə tutulublar.