Bakı şəhər sakini Fial İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı İlkin Əhmədov tutulub
10.04.2017Aprelin 10-da Bakı şəhər sakini Fial İsmayılov Suraxanı rayonunun Binə qəsəbəsindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, həmin evdə kirayə yaşayan Gürcüstan vətəndaşı İlkin Əhmədov tutulub.