Mağazalardan ümumilkdə 1200 cüt əlcək oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Nurəliyev tutulub
10.04.2017Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aprelin 9-da Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birindəki mağazadan 600 cüt əlcək oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Nurəliyev tutulub.
Ətrafında aparılan tədbirlərlə onun aprelin 6-da daha bir mağazadan 600 cüt əlcək oğurlaması da müəyyən edilib.