Quldurluqda şübhəli bilinən Cəlilabad rayonunun Alar kənd sakini Əliməmməd Hüseynov tutulub
08.04.2017Aprelin 6-da Cəlilabad rayonunun Alar kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxs orada işləyən 2 rayon sakinini hədələyərək pul vermələrini tələb edib, onlar qaçdığından oradakı əşyaları sındırıb, seyfi açmağa cəhd göstərib və istəyinə nail ola bilmdiyindən hadisə yerindən gedib.
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Alar kənd sakini, əvvəllər məhkum olunmuş Əliməmməd Hüseynov tutulub.