Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Lənkəran rayonunun Kərgəlan kənd sakini Mehriban Rzayeva yerləşdirildiyi xəstəxanada ölüb
08.04.2017Martın 25-də Lənkəran rayonunun Kərgəlan kəndində rayon sakini Elşad Bəyverdiyev idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən kənd sakini Mehriban Rzayevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada aprelin 8-də orada ölüb.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.