Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu Azadlıq prospektində yol-nəqliyyat hadisəsi

08.04.2017

Aprelin 8-də saat 9 radələrində Binəqədi rayonu Azadlıq prospektində Neftçala rayon sakini Şirxan Paşayev idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "Zontes" markalı motosikletlə qoşa xəttin üzərinə çıxıb qarşıda gedən Bakı şəhər sakini Aidə Əliyevanın idarə etdiyi "Seat İbiza" markalı avtomobilin güzgüsünə toxunduğundan idarəetməni itirərək əks istiqamətdə hərəkət edən Tuncay Tağıyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə Ş.Paşayev hadisə yerində ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.