Yevlax rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə Tağı Qurbanovu qətlə yetirib
29.03.2017Martın 29-da Yevlax rayonunun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu qətlə yetirib.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə A.Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.