Xızı rayonunun Yaşma kəndində yol-nəqliyyat hadisəsi
29.03.2017Martın 29-da saat 17 radələrində Xızı rayonunun Yaşma kəndində Türkiyə vətəndaşı Uyğun Ahmed Kadırın idarə etdiyi "MAN" və Şabran şəhər sakini Tərlan Dadaşovun idarə etdiyi "VAZ-21063" markalı avtomobillər toqquşub. Nəticədə T.Dadaşov hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.