Bərdə rayonunun Gəncə kəndində yol-nəqliyyat hadisəsi
29.03.2017Martın 29-da saat 10 radələrində Bərdə rayonunun Gəncə kəndində naməlum sürücünün idarə etdiyi "ZAZ" markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Məlahət Yusifova vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini İsrail Vəlizadə tutulub.
Araşdırma aparılır.