Gün ərzində 87 cinayət faktı qeydə alınıb
16.03.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 87 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 39 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər tutulub.