Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Hüseynov və Masazır qəsəbə sakini Cəlil Quliyev tutulublar

16.03.2017

Abşeron RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 15-də rayon ərazisində 2 avtomobildən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Hüseynov və Masazır qəsəbə sakini Cəlil Quliyev tutulublar.
Ətraflarında aparılan tədbirlərlə onların fevralın 21-dən martın 12-dək olan müddətdə daha 3 avtomobildən 161 manat pul, ətir, ərzaq məhsulları, geyim əşyaları və təmir alətləri oğurlamaları da müəyyən edilib.