Yasamal rayonundakı apteklərdən birindən oğurluqda şübhəli bilinən 3 yeniyetmə saxlanılıb
16.03.2017Martın 16-da saat 4 radələrində Yasamal rayonunun Z.Xəlilov küçəsindəki apteklərdən birindən Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn RMİ əməkdaşları tərəfindən giriş qapısını sındıraraq oradan 77 manat pul oğurlamaqda şübhəli bilinən 3 yeniyetmə saxlanılaraq 28-ci PB-yə təhvil veriliblər.