Quldurluq etməkdə şübhəli bilinənGəncə şəhər sakini Həsən Novruzov tutulub
16.03.2017Fevralın 15-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Taleh Hümbətəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs onu bıçaqla hədələyərək 51 manat pulunu alıb.
Martın 16-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində T.Hümbətəliyev həmin şəxsi görüb və saxlayaraq polis əməkdaşlarına təhvil verib.
Araşdırmalar zamanı həmin şəxsin Gəncə şəhər sakini Həsən Novruzov olması müəyyən edilib.Binəqədi RPİ tərəfindən araşdırma aparılır.