Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zərdab rayon sakini G.İbrahimovanı qətlə yetirərək cəsədini kanala atan Yevlax rayon sakini M.Məmmədov tutulub

14.03.2017

Martın 11-də Qax rayonunun Əlibəyli kəndindən keçən kanalda Zərdab rayon sakini, 35 yaşlı Gülnar İbrahimovanın meyiti tapılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Qax RPŞ, Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun həmin gün Mingəçevir şəhəri ərazisində G.İbrahimovanı “VAZ-2107” markalı avtomobilə oturdub Yevlax rayonunun Xaldan qəsəbəsinə, sonradan isə Qax rayonunun Əlibəyli kəndinə aparması və orada aralarında baş verən münaqişə zəminində boğaraq qətlə yetirməsi, cəsədini isə kanala atması müəyyən edilib.  

Görülən tədbirlərlə M.Məmmədov Yevlax rayonu ərazisində tutulub.

Araşdırma aparılır.

14.03.2017 tarixinə olan kriminal məlumatlar