Ağdam rayonunun Əfətli kəndində “VAZ-21011” markalı avtomobillə kənd sakini F.Əliyeva vurulub
14.03.2017Martın 14-də saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən anası Filyar Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.