Avtomobil qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan T.Abdinovun və N.Muradovun qaçırdıqları avtomobili Cəlilabad şəhər sakini F.Fərziyevə satmaları müəyyən edilib
14.03.2017Avtomobil qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan Tahir Abdinovun və Natiq Muradovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Masallı RPŞ və Biləsuvar RPŞ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların Şamil Hüseynova məxsus qaçırdıqları “VAZ-2107” markalı avtomobili Cəlilabad şəhər sakini Fadil Fərziyevə satmaları müəyyən edilib.
F.Fərziyevin yaşadığı evin həyətinə baxış zamanı qeyd edilən avtomobil aşkar edilərək götürülüb.