Neftçala rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.03.2017Martın 5-də saat 22 radələrində Neftçala rayonunun Qaravəlli kəndi ərazisində şəhər sakini Ramin Zülfüqarova məxsus "VAZ-21099" markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan şəhər sakini Fuad Qasımov hadisə yerində ölüb, R.Zülfüqarov isə xəstəxanaya yerləşdirilib.
Araşdırmalarla onların hər ikisinin sərxoş halda olması müəyyən edilib və R.Zülfüqarov avtomobili F.Qasımovun idarə etdiyini bildirib.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.