Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobildən oğurluğa cəhd göstərmiş Kürdəmir rayon sakini Azər Azayzadə və Bərdə rayon sakini Kamil Məhərrəmov tutulublar

05.03.2017

Martın 4-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərindən birində Göyçay rayon sakini Qalib Əliyevə məxsus “VAZ-2107” markalı avtomobildən oğurluğa cəhd göstərmiş Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Azər Azayzadə və Bərdə rayon sakini Kamil Məhərrəmov Əlahiddə Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.
Ətraflarında aparılan tədbirlərlə K.Məhərrəmovun Cinayət Məcəlləsininin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması, həmçinin onların fevralın 22-də və martın 2-də həmin ticarət mərkəzinin avtodayanacağındakı 2 avtomobildən geyim əşyaları və yataq dəstləri oğurlamaları da müəyyən edilib.

05.03.2017 tarixinə olan kriminal məlumatlar