Oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Ramuil Kərimov, Astara rayon sakini Amal Qəmbərov və Namiq Abışov tutulublar
05.03.2017Abşeron RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 2-də rayon ərazisindəki evlərdən birindən printer, su qızdırıcısı və elektrik gücləndiricisi oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ramuil Kərimov, Astara rayon sakini Amal Qəmbərov və Namiq Abışov tutulublar.
N.Abışovun ətrafında aparılan tədbirlərlə onun martın 4-də Abşeron rayon sakini Ramil Abdullayevlə birgə rayon ərazisindəki daha 2 evdən 2 ədəd televizor və məişət əşyaları oğurlaması da müəyyən edilib. Görülmüş tədbirlərlə R.Abdullayev tutulub.