Gün ərzində 105 cinayət faktı qeydə alınıb
28.02.2017Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 40-ı “isti izlər”lə açılıb.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 37 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər tutulub.