"Milli Ön" ödəmə terminalının içərisində 459 manat olan kassa qutusu oğurlamaqda şübhəli bilinən Salyan rayonunun Qarabağlı kənd sakini Sarif Alxanov tutulub
28.02.2017Fevralın 28-nə keçən gecə Salyan rayonunun Şorsulu kəndindəki mağazalardan birinin dam örtüyü sökülüb, orada quraşdırılan "Milli Ön" ödəmə terminalının qapısı sındırılaraq içərisində 459 manat olan kassa qutusu oğurlanıb.
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini, əvvəllər məhkum olunmuş Sarif Alxanov tutulub.