Narkotik vasitə ilə tutulan Xalid Əmirəliyevin digər cinayət əməlləri də müəyyən edilib
28.02.2017Narkotik vasitə ilə tutulan Xalid Əmirəliyevin ətrafında Quba RPŞ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun fevralın 25-də Qaraçay kənd sakini, əvvəllər məhkum olunmuş Söhrab Baratovla birgə Həsrət Sərdarova məxsus fermadan 1 baş at oğurlaması da müəyyən edilib.
Görülmüş tədbirlərlə S.Baratov tutulub. Ətrafında aparılan tədbirlərlə onun fevralın 27-də Qəçrəş kənd sakini Kamil Ədilovla birgə Saatmirzə Mirzəyevə məxsus fermadan 2 baş at oğurlaması da müəyyən edilib.
Polis əməkdaşları tərəfindən K.Ədilov da tutulub.