Astara rayonunun Ərçivan qəsəbə sakinləri Feyzulla Məmmədov və Qismət Mirzəyevdən narkotik vasitələr götürülüb
18.02.2017Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərçivan qəsəbə sakinləri Feyzulla Məmmədov və əvvəllər məhkum olunmuş Qismət Mirzəyev 520 qram tiryək, 525 qram həşiş və 29,5 qram heroini 2000 manata satarkən tutulublar.
Araşdırmalar zamanı Q.Mirzəyevin Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtaışda olması müəyyən edilib.