Quldurluq etməkdə Ağdam rayon sakinləri Ayxan Əliyev və Ülvi Əhmədov tutulublar
18.02.2017Fevralın 4-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan 85 yaşlı Yasin Abbasovun evinə quldurluq yolu ilə girən 2 naməlum şəxs ev sahibini yerə yıxaraq əlləri ilə boğazından tutub, lakin bu zaman səs-küy yarandığından hadisə yerini tərk ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum olunmuş Ayxan Əliyev və Ülvi Əhmədov tutulublar.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.