Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Yusif Əliyev tapdığı qumbarasının alışdırıcısı ilə ehtiyatsız davrandığından partlayış baş vermişdir
18.02.2017Fevralın 18-də Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Yusif Əliyev həyətindən tapdığı "F-1" qumbarasının alışdırıcısı ilə ehtiyatsız davrandığından baş vermiş partlayış nəticəsində sol əlindən xəsarət alıb.
Nəticədə Y.Əliyev xəstəxanaya yerləşdirilib və sol əlinin 2-ci (şəhadət) barmağı amputasiya edilib.