Soyğunçuluq etməkdə şübhəli bilinən Cəlilabad rayonunun Moranlı kənd sakini Şəhriyar İbişov tutulub
13.02.2017Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 4-də rayon sakini Arzu Süleymanovanın içərisində 2.000 manat pul, qızıl üzük, sənəd və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Moranlı kənd sakini Şəhriyar İbişov tutulub.