Gəncə şəhər sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov qanunsuz ov etdikləri üçün saxlanılıblar
13.02.2017Fevralın 13-də Samux rayonunun Hacallı kəndində qanunsuz ov etdikləri üçün Gəncə şəhər sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov RPŞ əməkdaşları tərəfindən saxlanılıblar.
M.Vəliyevin idarə etdiyi "Lada" markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ" markalı ov tüfəngi və 48 ədəd patron aşkar edilərək götürülüb.