Soyğunçuluq etmiş Neftçala rayon sakini Natiq Səlimov tutulub
13.02.2017Fevralın 13-də Nəsimi rayonunun F.Qasımzadə küçəsində kirayədə yaşayan Sumqayıt şəhər sakini Əhmədağa Quliyevin həyətinə girmiş naməlum şəxs ona zor tətbiq edərək soyğunçuluq yolu ilə oradan su qızdırıcısını aparıb.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Səlimov tutulub.