Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İnsanların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması, keyfiyyətsiz avtomobil təkərlərinin satışının qarşının alınması və bu işlə məşğul olan şəxslərə qarşı mübarizə çərçivəsində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib

03.02.2017

Respublikanın daxili işlər orqanları tərəfindən insanların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması, eyni zamanda magistral yollarda qəzaların baş verməsinə şərait yaradan amillərdən biri olan keyfiyyətsiz avtomobil təkərlərinin satışının qarşının alınması və bu işlə məşğul olan şəxslərə qarşı mübarizə çərçivəsində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakının Xətai rayonunda yerləşən obyektlərdən birində keçirdikləri tədbirlərlə istifadəyə yararsız avtomobil təkərlərinin satışı ilə məşğul olan Qazax rayon sakini Fərid Şamilov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xüsusi alət və avadanlıqların köməyi ilə köhnə, istifadəyə yararsız şinlərin üzərində yeni izlər açaraq onların təzə təkər adı altında satışını təşkil edib və dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda maddi ziyan vurub.

F.Şamilovun işlədiyi mərkəzdən 1000-ə yaxın eyni üsulla cizgilənmiş avtomobil şinləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Ekspertiza tərəfindən verilən rəydə sonradan kustar üsulla cizgilənən həmin təkərlərin istismarının yollarda real qəza şəraiti yarada biləcəyi qeyd edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

03.02.2017 tarixinə olan kriminal məlumatlar