DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Təzəkənd kəndindəki mağazalardan birindən pul oğurlamaqda şübhəli bilinən kənd sakini İslam Fətiyev tutulub

03.02.2017

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-nə keçən gecə Təzəkənd kəndindəki mağazalardan birindən qapının qıfılını sındırmaq yolu ilə 140 manat və 270 rus rublu oğurlamaqda şübhəli bilinən kənd sakini İslam Fətiyev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 1 mağazadan 200 manat pul və danışıq kartları oğurlaması da müəyyən edilib.

03.02.2017 tarixinə olan kriminal məlumatlar