DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Masallı rayon sakini N.Məmmədovun evinə girib onu və arvadı Pərvanəni bıçaqla hədələyərək oradan 90 manat pul və noutbuk aparmaqda şübhəli bilinən 3 nəfər tutulub, 1 nəfər isə müəyyən edilib

03.02.2017

Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, Masallı RPŞ və Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Masallı rayonunun Mahmudavar kəndində yaşayan Nazim Məmmədovun evinə girib onu və arvadı Pərvanəni bıçaqla hədələyərək oradan 90 manat pul və noutbuk aparmaqda şübhəli bilinən həmyerliləri Əli Quliyev, əvvəllər məhkum olunmuşlar - Vüsal Şükürov və Ramil Əsədov paytaxtın Suraxanı rayonu ərazisində tutulub, daha 1 nəfər isə müəyyən edilib.

03.02.2017 tarixinə olan kriminal məlumatlar