Ağdaş rayonunun Qarağan Sədi kəndində yaşayan Səftər Mustafayevin evində yanğına keçən partlayış baş verib
01.02.2017Fevralın 1-də saat 14 radələrində Ağdaş rayonunun Qarağan Sədi kəndində yaşayan 89 yaşlı Səftər Mustafayevin evində məişətdə istifadə olunan qaz balonunun nasazlığından yanğına keçən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb.