Dələduzluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Raul Əhmədov saxlanılıb
01.02.2017Yanvarın 15-də Raul adlı şəxs Sumqayıt şəhər sakini Kənan Nuriyevi aldadaraq mobil telefonunu alıb.
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Raul Əhmədov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun yanvar ayı ərzində şəhər sakinləri olan 3 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.