Abşeron rayonunun Hökməli qəsəbə sakini Xəyyam Rüstəmovun evindən pul oğurlanması ilə bağlı araşdırma nəticəsində pulun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib
01.02.2017Yanvarın 31-də Abşeron rayonunun Hökməli qəsəbə sakini Xəyyam Rüstəmov Abşeron RPİ-yə müraciət edərək yanvarın 26-dan 31-dək olan müddətdə evindən 12.000 manat pulun oğurlanmasını bildirib.
Araşdırmalar zamanı qeyd edilən pulun onun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib.