Xəyal Hüseynov və Bəhruz Mirzəyev saxlanılmışlar
29.12.2016Dekabrın 29-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Babək Şahlarzadə 25-ci PB-yə müraciət edərək qohumu Xəyal Hüseynovun Bəhruz Mirzəyevlə birgə onun evinə basqın edib pul və qızıl əşyalarını ələ keçirmək istəməsini bildirmişdir.
Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılmış və onlar hadisəni törətməyi planlaşdırmalarını etiraf etmişlər.