Quldurluq etmiş Hövsan qəsəbə sakinləri İqor Zubov və Aleftin Potapov tutulmuşlar
29.12.2016Dekabrın 26-da Suraxanı rayonunun Hövsan qəsəbəsində naməlum 2 nəfər qəsəbə sakini Fərhad Rüstəmovu döyərək mobil telefonunu almışlar.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri İqor Zubov və əvvəllər məhkum olunmuş Aleftin Potapov tutulmuşlar.