Ağcabədi rayon sakini Yaşar Hüseynov binanın damından yıxılaraq aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür
29.12.2016Dekabrın 29-da Ağcabədi rayon sakini Yaşar Hüseynov Mingəçevir şəhəri ərazisində binalardan (5 mərtəbəli yaşayış binası) birinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılmışdır. Xəstəxanaya yerləşdirilmiş Y.Hüseynov orada ölmüşdür.
Araşdırma aparılır.