Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan şəhərində yaşayan Elçin Qasımovu qətlə yetirməkdə şübhəli bilinən qonşusu Rövşən Cavadovun tutulması üçün tədbirlər görülür

28.12.2016

2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxmış, geri qayıtmamışdır.

Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilmişdir.

E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilmişdir.

R.Cavadovun tutulması üçün tədbirlər görülür.

Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 


28.12.2016 tarixinə olan kriminal məlumatlar