Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Məhəmmədəli Rəfibəyli tutulmuşdur
28.12.2016Dekabrın 23-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən çay evlərindən birində naməlum şəxs qəsəbə sakini Cavanşir Səfərlinin mobil telefonunu soyğunçuluq yolu ilə almışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Məhəmmədəli Rəfibəyli tutulmuşdur.