Ağdaş şəhər sakini Elçin Babayevi qətlə yetirməkdə şübhəli bilinən Pərviz İsmayılov tutulmuşdur
28.12.2016Dekabrın 28-də Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindəki kafelərdən birində şəhər sakini Elçin Babayevin üzərində zorakılıq əlamətləri (döş nahiyəsində odlu silahla yetirilməyə xarakterik) olan meyiti tapılmışdır.
Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerilisi, əvvəllər məhkum olunmuş Pərviz İsmayılov tutulmuşdur. Ondan "Makarov" markalı tapança götürülmüşdür.