Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirmiş Lənkəran rayon sakini Murad Quluzadə könüllü olaraq təslim olmuşdur
21.12.2016Dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirmişdir. O, könüllü Lənkəran ŞRPŞ-yə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil vermişdir.
ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanılmışdır.