Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini Alişan Qədirov tutulmuşdur
21.12.2016Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 20-də Bakı şəhər sakini Gülnar Abbaszadənin çantasından 40 manat pulunu və bankomat kartını, habelə kartındakı hesabından 200 manat pulu çıxarıb oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Alişan Qədirov tutulmuşdur.