Oğurluqda şübhəli bilinən Şəki rayon sakini Raqif Nöbərov tutulmuşdur
21.12.2016Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon sakini Göyərçin Mürşüdovaya məxsus mağazadan 120 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakini Raqif Nöbərov tutulmuşdur. Ondan 1,176 qram tiryək də götürülmüşdür.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir evdən də 190 manat pul və sənəd oğurlaması müəyyən edilmişdir.