İçərisində 90 manat pul olan çantasını almaqda şübhəli bilinən Biləsuvar rayon sakini Ceyhun Dədəliyev tutulmuşdur
21.12.2016Dekabrın 21-də Biləsuvar şəhəri ərazisində naməlum şəxs rayon sakini Nəzakət İsgəndərovaya zor tətbiq edərək içərisində 90 manat pul olan çantasını almışdır.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Ceyhun Dədəliyev tutulmuşdur.