Gün ərzində 71 cinayət faktı qeydə alınmışdır
16.12.2016Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 71 cinayət faktı qeydə alınmış, onların da 24-ü “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 7 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər tutulmuşdur.