Nardaran qəsəbə sakininin torpaqda silah-sursat basdırdığı müəyyən edilmiş və götürülmüşdür
16.12.2016Noyabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmama) ilə 30 gün müddətində inzibati həbs olunmuş Sabunçu rayonunun Nardaran qəsəbə sakini Fail Şahbazovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun qəsəbə ərazisində 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 1 ədəd "F-1" qumbarası basdırdığı müəyyən edilmiş və həmin silah-sursat torpaqdan çıxarılaraq götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanılmışdır.